XİN: Rusiya Moldova ərazisinə düşən istənilən PUA-ya görə məsuliyyət daşıyır - YENİLƏNİB

2026/03/1774157271.jpg
Oxunub: 328     13:15     08 İyun 2026    
Moldova ərazisinə düşən istənilən pilotsuz uçuş aparatına görə Rusiya məsuliyyət daşıyır.

Ordu.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İlkin məlumata görə, aşkar edilmiş pilotsuz uçuş aparatının Ukraynaya məxsus olması ehtimalı daha yüksəkdir.

"Pilotsuz uçuş aparatının mənşəyindən asılı olmayaraq, Moldova Respublikasının ərazisinə düşən istənilən drona görə məsuliyyət qonşu ölkədə qanunsuz müharibəyə başlayan Rusiyanın üzərinə düşür", - məlumatda qeyd olunub.

Nazirlikdən verilən məlumata görə, insidentlə bağlı araşdırmanın aparılması ilə əlaqədar Ukrayna hakimiyyəti ilə daim əlaqə saxlanılır.

***

Moldova Milli Ordusunun müşahidə və transsərhəd əməkdaşlıq sistemləri Mixaylovka-Lopatna istiqamətindən pilotsuz uçuş aparatının (PUA) dövlət sərhədini keçdiyini qeydə alıb.

Ordu.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin məlumatında deyilir.

Lopatna yaşayış məntəqəsi yaxınlığındakı kənd təsərrüfatı sahələrində PUA qalıqları aşkar edilib.

"Hadisə yerində aşkar edilmiş izlər daha əvvəl partlayışın baş verdiyini göstərir. Dronun mənşəyini və insidentin başvermə şəraitini müəyyən etmək üçün tapılmış fraqmentlər araşdırılır. Qeyd edək ki, bu gecə Rusiya dron və raketlərdən istifadə edərək Ukraynaya kütləvi hücum həyata keçirib", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   PUA  


Bizi "telegram"da izləyin