Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, Paşinyan vilayətə səfərindən razı qalmayıb və təəssüratlarını Sasun Mikayelyanla bölüşüb.
“Bundan sonra Mikayelyan ailəsi daha fəal işləməyə qərar verərək Paşinyana seçkilərdə görünməmiş nəticələr vəd edib. Bölgədəki mənbəmizin bildirdiyinə görə, xüsusilə Mexak Mikayelyan fəallıq göstərir. Sasun Mikayelyanın Hrazdan şəhərinin meri olan oğlu Sevak Mikayelyan məktəblər, uşaq bağçaları və digər bələdiyyə qurumlarının əməkdaşları ilə işlədiyi halda, Mexak Mikayelyan kiçik və orta sahibkarları hədəfə alıb.
Məlumata görə, o, sahibkarlarla fərdi görüşlər keçirərək onlara hakimiyyəti dəstəkləmədikləri təqdirdə problemlərlə üzləşə biləcəklərini bildirir”, - deyə nəşr qeyd edib.
Qəzet yazır ki, Mexak Mikayelyan hakimiyyət dəyişikliyindən sonra əldə etdiyi yanacaqdoldurma məntəqəsini idarə edir. Həmçinin onun Tsağkadzorda bir sıra torpaq sahələri aldığı da qeyd olunur.
Lakin ailənin hətta Hrazdanda belə müxalifətə məğlub ola biləcəyindən narahat olduğu bildirilir. Buna səbəb kimi şəhərin nüfuzlu şəxslərinin belə hakimiyyəti dəstəkləməməsi göstərilir.
Alpər Mövludoğlu
Ordu.az