Ordu.az xəbər verir ki, bu barədə “Tengrinews.kz”f Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin rəhbərlərini və forumda iştirak etmək üçün Astanaya gələn nümayəndə heyətlərinin başçılarını salamlayıb.
Yüksək səviyyəli qonaqlar arasında Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan, Kuba vitse-prezidenti Salvador Valdes Mesa, Vyetnam Baş nazirinin müavini Ho Kuok Zunq, Monqolustan Baş nazirinin müavini Nyamtayşirin Normtoybayar, Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtjan Saqintayev və digər rəsmilər yer alır.
Alpər Mövludoğlu
Ordu.az