Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
İsrail tərəfi bildirib ki, “Hizbullah” tərəfindən atəşkəs rejiminin pozulması səbəbindən ordu qətiyyətli addımlar atmağa məcbur olub.
Sosial şəbəkələrdə yayılan bəyanatda Livanın cənubundakı Habbuş, Kəfr Kila, Sahmar, Ayn Kana, Nəbatiyə əl-Tahta və Kəfr Reman yaşayış məntəqələrinin sakinlərinə təxliyə çağırışı edilib.
Bundan əlavə, Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb ki, İsrail qüvvələrinin cənubdakı Sur şəhərində motosikleti hədəfə alması nəticəsində iki Suriya vətəndaşı həlak olub.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, zərbə şəhərdə yerləşən Livan ordusunun kazarmaları yaxınlığına endirilib.
Sevinc Əliyeva
Ordu.az