Ordu.az xəbər verir ki, bu barədə mayın 28-də LSM xəbər portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, hərbi texnikanın sərhəd boyunca irəliləməsinin qarşısını almaq məqsədilə eni 10 metr olan üç sıra maneə qurulur.
Həmin maneələrin hər bir elementi təxminən 1,5 ton çəkidədir.
Bundan əlavə, sərhəd boyunca tank əleyhinə xəndəklərin qazılması da planlaşdırılır.
Portal qeyd edir ki, bu maneələr dövlət ehtiyacları üçün özgəninkiləşdirilmiş torpaq sahələrində yerləşdirilir.
Həmin ərazilər əvvəllər özəl mülkiyyət olub və müdafiə məqsədləri üçün dövlət tərəfindən götürülüb.
Sevinc Əliyeva
Ordu.az