İran Təhlükəsizlik Şurası: ABŞ aktivləri heç bir şərt olmadan dondurulmuş vəziyyətdən çıxarmalıdır

2026/05/1779979568.jpg
Oxunub: 362     18:46     28 May 2026    
“ABŞ İranla sülh sazişi əldə etmək üçün İranın dondurulmuş aktivlərini heç bir ilkin şərt olmadan azad etməlidir”.

Ordu.az xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri bildirib.

“Amerikalılar tərəfindən İran İslam Respublikasının qanunsuz şəkildə dondurulmuş aktivləri heç bir ilkin şərt olmadan azad edilməli və bu təzyiq dayandırılmalıdır”, - deyə Baqeri jurnalistlərə açıqlamasında bildirib.

O bu açıqlamanı Rusiya Təhlükəsizlik Şurasının himayəsi altında keçirilən Birinci Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində verib.

Bundan əvvəl İran parlamentindən bildirilib ki, Vaşinqton İranla saziş layihəsinə əsasən İranın dəniz blokadasını dayandırmağa və xaricdə dondurulmuş İran aktivlərini azad etməyə borclu olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin