Ordu.az xəbər verir ki, məsələ Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.
Kallasın sözlərinə görə, Moskva Avropanı bütün qitə adından danışmaq hüququnun kimə məxsus olması barədə mənasız mübahisəyə cəlb etməyə çalışır və bu, əslində tələdir.
Avropa İttifaqının baş diplomatı Rusiyaya qarşı hansı tələblərin irəli sürülə biləcəyini də açıqlayıb.
O qeyd edib ki, Ukraynaya qarşı müzakirə olunan hərbi məhdudiyyətlər eyni formada Rusiyaya da tətbiq edilməlidir.
“Əgər Ukraynadan hərbi sahədə məhdudiyyətlər tələb olunursa, o zaman eyni şey güzgü prinsipi ilə Rusiyaya da tətbiq edilməlidir”, - deyə Kallas bildirib.
Onun sözlərinə görə, Avropanın təhlükəsizlik maraqları baxımından Rusiya qoşunlarının Gürcüstan və Moldovadan çıxarılması vacibdir.
“Bəli, bu maksimal tələblərin irəli sürülməsi yanaşmasıdır. Amma Rusiya özü də vaxtilə maksimal tələblər irəli sürürdü”, - deyə o əlavə edib.
“Politico” nəşrinin məlumatına görə, ABŞ tədricən öz rolunu azaltdığı üçün Avropa İttifaqında artıq gələcəkdə Rusiya ilə aparılacaq danışıqlarda Avropanı kimin təmsil edə biləcəyi müzakirə edilir.
Moskva ilə birbaşa dialoqun tərəfdarları mümkün namizədlər kimi Avropa Şurasının rəhbəri Antoniu Koşta, Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker, Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö, İtaliyanın keçmiş Baş naziri Mario Draqi, Almaniyanın keçmiş kansleri Angela Merkel və Finlandiyanın hazırkı prezidenti Aleksandr Stubbu göstərirlər.
Bununla belə, Avropa İttifaqının bütün üzvləri danışıqlara başlamağa tələsmir.
Məsələn, Kaya Kallas və Almaniya hesab edir ki, konkret nümayəndənin təyin olunması üçün hələ tezdir.
Anonim qalmaq istəyən avropalı rəsmilərdən biri bildirib ki, ilk növbədə Avropa İttifaqı özü Rusiya ilə nə barədə danışmaq istədiyini dəqiqləşdirməlidir.
Sevinc Əliyeva
Ordu.az