İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib

2026/04/1775073068.jpg
Oxunub: 307     16:05     28 May 2026    
İsrail Müdafiə Ordusu Beyrutun cənubunda Livan ərazisinə zərbə endirdiyini bəyan edib.

Ordu.az "The Times of Israel"ə istinadən xəbər verir ki, zərbə Əş-Şuveyfat rayonuna endirilib.

Təhlükəsizlik xidmətlərindəki mənbə İsrail zərbəsinin hədəfinin "Hizbullah"la birgə fəaliyyət göstərən "İmam Hüseyn" diviziyasının raket bölməsinin rəhbəri Əli əl-Hüsni ola biləcəyini bildirib.

Hazırda onun hücum nəticəsində ölüb-ölmədiyi məlum deyil. İsrail Müdafiə Ordusu sonradan əlavə məlumat verəcəklərini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin