Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin bildirdiyinə görə, siyasətçi mayın 28-də səhər saatlarında Ər-Riyadda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.
Bir sıra Yəmən KİV-lərinin məlumatına əsasən, Hadi son iki həftə ərzində ürək problemlərindən əziyyət çəkirdi və son günlər onun vəziyyəti sürətlə pisləşmişdi.
Keçmiş prezidentin cənazəsinin vida mərasimi və dəfn üçün ölkənin müvəqqəti paytaxtı Ədənə gətiriləcəyi gözlənilir.
Əbd Rəbbo Mənsur Hadi Yəmənin birləşməsindən sonra ölkənin ikinci prezidenti olub.
O, 2012-ci ildə 2011-ci ildə baş vermiş genişmiqyaslı hökumət əleyhinə etirazlardan sonra başlayan keçid dövrü çərçivəsində rəsmi olaraq bu vəzifəyə gəlib.
2015-ci ildə husilərin “Ənsar Allah” hərəkatı paytaxt Sənanı ələ keçirdikdən sonra Hadi ölkəni tərk etməyə və Səudiyyə Ərəbistanına köçməyə məcbur olub.
2022-ci ilin aprelində isə o, istefa verdiyini elan edib və bütün səlahiyyətlərini Yəmənin Prezident Rəhbərlik Şurasına təhvil verib.
Sevinc Əliyeva
Ordu.az