Ordu.az xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində danışıb.
“Əgər Avropa İttifaqının genişlənməsini sürətləndirmək üçün uyğun zaman olubsa, bu məhz indi baş verir. Mən burada status-kvonu qorumaq üçün deyiləm”, - deyə Kos bildirib.
Avropa komissarı əlavə edib ki, “genişlənmə prosesini sona çatdırmaq əsas prioritetdir”.
Bununla yanaşı, Kos yeni üzvlərin qəbulunda “başqa modelin” seçilməsinin vacibliyini vurğulayıb.
Lakin o, yeni sistemin necə görünəcəyini dəqiq izah edə bilməyib və “bunun hansı istiqamətdə inkişaf edəcəyini bilmədiyini” qeyd edib.
Avropa komissarı bildirib ki, bir sıra ölkələrin nümayəndələri ilə danışıqlar aparıb və onlar “xidmətlərə əsaslanan prinsipləri mərhələli inteqrasiyanın daha geniş imkanları ilə birləşdirmək” istəyirlər.
Sevinc Əliyeva
Ordu.az