Kolumbiyada silahlı qruplaşmalar arasında toqquşmalar: 50-yə yaxın insan ölüb

2026/05/1779968325.jpg
Oxunub: 294     15:31     28 May 2026    
Kolumbiyanın mərkəzi hissəsində iki silahlı qruplaşma arasında baş verən toqquşmalar nəticəsində 50-yə yaxın insan həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə RCN radiostansiyası Quavyare departamentinin qubernatoru Yeison Roxasa istinadən məlumat yayıb.

“Hazırda əldə etdiyimiz məlumatları yerli sakinlərdən və ərazi liderlərindən almışıq. Bizdən meyitlərin həmin zonadan çıxarılmasına kömək etməyimizi xahiş ediblər. Onlar bu bölgədə fəaliyyət göstərən “Kalarqi” və “İvan Mordisko” qruplaşmaları arasında baş verən toqquşmalar nəticəsində 48 nəfərin öldüyünü bildirirlər”, - deyə qubernatorun sözlərini RCN-in saytı sitat gətirib.

Radiostansiyanın məlumatına görə, toqquşmalar mayın 26-dan etibarən davam edir.

Kolumbiya ordusu isə bildirib ki, həmin əraziyə “mülki əhalinin qorunması, təhlükəsizliyin gücləndirilməsi, bölgəyə nəzarətin saxlanılması, eləcə də insan hüquqları və beynəlxalq humanitar hüquq normalarının təmin edilməsi” məqsədilə hərbçilər yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Toqquşma  


Bizi "telegram"da izləyin