İsrailin Livana hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb

2026/05/1778958917.jpg
Oxunub: 298     13:52     28 May 2026    
Mayın 27-28-də İsrailin Livanın Tir şəhərinə və digər ərazilərə hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

Ordu.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Tir şəhərinə zərbə nəticəsində 3 nəfər ölüb, 37 nəfər yaralanıb.

Həmçinin bildirilib ki, İsrailin Livanın cənubundakı Adloun şəhərinə zərəbələri nəticəsində 2 uşaq daxil olmaqla, daha 6 nəfər ölüb.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu Tir sakinlərini şəhərə növbəti hava hücumlarına hazırlıq məqsədilə dərhal təxliyə olunmağa və Zəhrani çayının şimalına getməyə çağırmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin