Tehran İranın cənubuna endirilən ABŞ zərbələrini və Omanı “məhv etmək” təhdidlərini pisləyib

2025/07/1753692734.jpg
Oxunub: 523     12:01     28 May 2026    
Tehran ABŞ-nin İranın cənubuna endirdiyi zərbələri, eləcə də Vaşinqtonun Omanı “məhv etmək” barədə səsləndirdiyi təhdidləri pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.

“İran ABŞ-nin cümə axşamı səhər saatlarında Bəndər-Abbasın bir sıra bölgələrinə qarşı həyata keçirdiyi hərbi təcavüzü qətiyyətlə pisləyir və xatırladır ki, ərazi bütövlüyü və suverenliyə qarşı yönəlmiş aqressiv addımlar beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır”, - deyə Bəqainin bəyanatında bildirilib.

O həmçinin BMT Təhlükəsizlik Şurasını baş verənlərə görə ABŞ-ni məsuliyyətə cəlb etməyə çağırıb.

Bundan əlavə, İran XİN nümayəndəsi “İran və regionun digər ölkələrinə qarşı amerikalı rəsmilərin hədələyici ritorikasını” pisləyib və bu kontekstdə Vaşinqtonun Omanı “məhv etmək” barədə təhdidlərini xatırladıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   İran  


Bizi "telegram"da izləyin