Ordu.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
Onun sözlərinə görə, Rusiya tərəfi artıq Ermənistana müvafiq rəsmi bildiriş göndərib.
"2026-cı il mayın 27-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfirliyi Ermənistan tərəfinə energetika naziri Sergey Sivilyovun Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirliyinin ünvanına məktubunu rəsmi olaraq təqdim edib. Məktubda Ermənistan Respublikasının Aİ-yə üzvlük prosesinə davam etdiyi halda, Rusiya tərəfinin Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında təbii qaz, neft məhsulları və işlənməmiş təbii almaz tədarükü sahəsində əməkdaşlığa dair 2013-cü il dekabrın 2-si tarixli Sazişi birtərəfli qaydada dayandıracağı və ya ləğv edəcəyi barədə məlumat verilir", - bəyanatda deyilir.
Ordu.az