“Qanun İrəvanı Avropa İttifaqına yönəlməyə məcbur edir” - Peskov

2026/05/1779884085.jpg
Oxunub: 343     16:15     27 May 2026    
“Avropa İttifaqı uzun illər namizədlərin qarşısında üzvlük “kökəsi” saxlaya bilər”.

Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Ermənistan qanunvericiliyinin ölkəni Avropa İttifaqına inteqrasiya istiqamətində hərəkət etməyə məcbur etdiyini bildirib.

“Bilirsiniz ki, Ermənistanda bu proses gedir. Orada müvafiq qanun qəbul olunub və bu qanun hüquqi baxımdan Ermənistan hökumətini və bütün dövlət strukturlarını Avropa inteqrasiyasına yönəlməyə məcbur edir. Təbii ki, bu məsələ müzakirə mövzusuna çevriləcək”, - deyə Peskov jurnalistlərə bildirib.

Kremlin nümayəndəsi qeyd edib ki, Avropa İttifaqına üzvlük namizəd ölkələr üçün yaxın perspektivin məsələsi deyil və Türkiyə nümunəsi bunu açıq şəkildə göstərir.

“Mən Türkiyə nümunəsini çox yaxşı bilirəm. Onilliklərdir həmin “kökə”ni Türkiyənin qarşısında saxlayırlar, amma o heç cür yaxınlaşmır. Elə görünür ki, az qalıb, amma heç nə baş vermir”, - deyə Peskov Ermənistanın Avropa İttifaqına üzvlük niyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük bir çox dövlətlər üçün reallaşmayan arzuya çevrilir.

“Bununla yanaşı, həmişə sual vermək lazımdır: bu, həqiqətən arzudurmu?”, - deyə Kremlin sözçüsü əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan  


Bizi "telegram"da izləyin