Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Ermənistana təqdim olunan qaz güzəştlərinin Rusiya tərəfindən göstərilən yardım olduğunu bildirib.
“Güzəşt həmişə kiminsə hesabına olur. Ermənilərin əldə etdiyi güzəşt də heç vaxt göydən düşmür. Bu, Rusiya Federasiyasının hesabınadır. Biz bununla Ermənistanın inkişafına töhfə veririk”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Kremlin nümayəndəsi vurğulayıb ki, Ermənistan “qardaş ölkədir” və belə olaraq qalacaq.
“Bu, bizim hesabımızadır və məsələləri öz adı ilə çağırmaq lazımdır. Bu, Ermənistana yardımımızdır”, - deyə Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
Peskov əlavə edib ki, Avropa ölkələrinə qaz 500-700 dollar qiymətinə satılır və heç kim onlara öz vəsaiti hesabına yardım etmir.
“Amerikalılar avropalılara məhz avropalıların öz hesabına və böyük pullar qarşılığında yardım edirlər”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az