Overçuk AİB sammitində Ermənistana qarşı məhdudiyyətlərin qəbul olunacağını istisna edib

2026/05/1779884004.jpg
Oxunub: 284     16:13     27 May 2026    
“Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyəti yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk deyib.

O, Astanada keçiriləcək AİB sammitində Ermənistana qarşı məhdudlaşdırıcı tədbirlərin qəbul olunacağını istisna edib.

Avrasiya İqtisadi Forumunun AİB üzvü olan dövlətlərin liderlərinin iştirakı ilə mayın 28-də Astanada keçiriləcəyi bildirilib.

“Sazişin dəyişdirilməsindən söhbət getmir. Müqavilənin dəyişdirilməsi üçün konsensus lazımdır, Ermənistan isə bildiyimiz qədər AİB-dən çıxmağa hazırlaşmır”, - deyə Overçuk bildirib.

Rusiyalı rəsmilərin sözlərinə görə, Ermənistanda həm güzəştlərin həcmini, həm də AİB ölkələri ilə ticarətin səviyyəsini çox yaxşı anlayırlar və bu imkanlar məhz Ermənistan üçün tətbiq edilən güzəştli rejimlər sayəsində mümkün olub.

Overçuk qeyd edib ki, bunlara sıfır gömrük rüsumları, uyğunlaşdırılmış standartlar və texniki tənzimləmələr daxildir. “Bu gün bazarlarımız açıqdır və malların sərbəst hərəkəti təmin olunur”, - deyə o vurğulayıb.

Rusiya baş nazirinin müavini əlavə edib ki, Ermənistanda Avropa İttifaqına inteqrasiyanı və bu quruma üzvlüyü əsas məqsəd elan edən siyasi qüvvələr var.

“Hamı anlayır ki, bu, bir-biri ilə uyğun gəlmir. Bu, yeni vəziyyətdir və onu qiymətləndirmək lazımdır”, - deyə Overçuk bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin