Ordu.az xəbər verir ki, bu barədə “Stratfor” məlumat yayıb.
Məlumata görə, Rubionun İrəvana bir saat davam edən səfəri çərçivəsində kritik əhəmiyyətli faydalı qazıntılar və nadir torpaq metalları ilə bağlı memorandum da imzalanıb.
Bildirilir ki, bu sənədlər Ermənistanın Baş naziri Nikol Paşinyana iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi ABŞ-nin dəstəyini təmin edəcək.
Qeyd olunub ki, bu addım Paşinyanın Qərblə daha sıx əlaqələrin Ermənistana investisiya, nəqliyyat əlçatanlığı və strateji əhəmiyyət qazandıra biləcəyi ilə bağlı arqumentlərini gücləndirir və bunun Rusiya ilə münasibətlərin dərhal pozulmasını tələb etmədiyini göstərir.
“Bununla belə, Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının zəif nəticə göstərməsi bu təşəbbüslərin həyata keçirilməsini ləngidə və rusiyameyilli qüvvələrə Ermənistanın Qərb kursunu məhdudlaşdırmaq üçün daha geniş imkanlar yarada bilər. Moskva İrəvanın Qərb yönümlü siyasətinə münasibətdə getdikcə daha sərt mövqe tutur”, - deyə “Stratfor” bildirib.
Mayın 28-29-da Astanada keçiriləcək sammit zamanı Rusiyanın artıq Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsini gündəmə gətirməklə hədələdiyi qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az