Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Ermənistanın AİB-ə üzvlükdən əldə etdiyi faydaların açıq və təmin olunmuş olduğunu bildirib.
Onun sözlərinə görə, Avropa inteqrasiyasının nə dərəcədə effektiv olacağına isə ermənilər özləri qərar verməlidir.
“Avrointeqrasiyanın Ermənistana hansı dividendlər gətirəcəyini mühakimə etmək bizim işimiz deyil. Amma biz Ermənistanın AİB üzvlüyündən əldə etdiyi faydaları qeyd edə bilərik. Bu, əslində ölkənin ÜDM artımı və hər il sabit bir neçə faiz inkişaf deməkdir. AİB məhz budur”, - deyə Peskov bildirib.
Kremlin nümayəndəsi əlavə edib ki, Avropa İttifaqının Ermənistan üçün eyni nəticələri təmin edib-etməyəcəyinə ermənilər özləri qərar verməlidir.
“Avropa İttifaqı bunu təmin edəcəkmi? Yəqin ki, buna biz yox, ermənilərin özləri qərar verməlidir”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az