“Ermənistanla bağlı vəziyyət səbəbindən AİB görüşlərinin gündəliyi asan olmayacaq” - Peskov

2026/05/1779882946.jpg
Oxunub: 494     15:58     27 May 2026    
“İnteqrasiya məsələləri ilə yanaşı, Ermənistanla bağlı mürəkkəb vəziyyət də var”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, Avrasiya İqtisadi Birliyinin görüşlərinin gündəliyinin kifayət qədər mürəkkəb olacağını bildirib.

Kreml nümayəndəsi qeyd edib ki, buna səbəb Ermənistan ətrafında yaranmış vəziyyətdir.

“Artıq sabah axşam əsasən cümə günü keçiriləcək AİB sammitinə aid hissə başlayacaq. Avrasiya İqtisadi Forumunun keçirilməsi nəzərdə tutulub, sabah isə əsas danışıqlar olacaq. Gündəm asan deyil. İnteqrasiya mövzularından əlavə, Ermənistanla bağlı mürəkkəb vəziyyətin də olduğunu bilirsiniz”, - deyə Peskov vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan  


Bizi "telegram"da izləyin