Peskov Ermənistanla qaz sazişlərini “kommersiya məsələsi” adlandırıb

2026/05/1779882908.jpg
Oxunub: 322     15:56     27 May 2026    
“Korporasiyalar bu məsələni qaldıra bilər, bu, korporativ məsələdir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Ermənistanın “Qazprom” ilə qaz razılaşmalarının kommersiya xarakteri daşıdığını bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, Ermənistan üçün tətbiq olunan güzəştli qaz qiyməti dəyişdirilə bilər.

“Orada güzəştli qiymət var. O daha yüksək də ola bilər, daha aşağı da ola bilər, yenidən nəzərdən keçirilə bilər. Korporasiyalar da bu məsələni qaldıra bilər. Bu, korporativ məsələdir, “Qazprom”a müraciət etmək lazımdır”, - deyə Peskov bildirib.

O vurğulayıb ki, Ermənistanla qaz sazişlərinin mümkün ləğvi barədə heç bir məlumata malik deyil.

“[Güzəştli tədarüklərin] ləğvi ilə bağlı sualı “Qazprom”a vermək lazımdır. Mənə belə bir ləğv barədə heç nə məlum deyil”, - deyə Kremlin sözçüsü jurnalistlərə bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan  


Bizi "telegram"da izləyin