Peskov: “Heç kim Ermənistanı AİB-də qalmağa məcbur edə bilməz”

2026/05/1779882503.jpg
Oxunub: 341     15:50     27 May 2026    
“Heç kim Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa məcbur edə bilməz. Lakin müəyyən izahatlara ehtiyac olacaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Ermənistan artıq bu məsələ ilə bağlı qanunvericilik səviyyəsində mövqeyini müəyyənləşdirib.

“Əlbəttə, heç kim Ermənistanı inandıra bilməz, xüsusilə də onlar artıq qanunvericilik baxımından bu məsələ ilə bağlı qərar veriblər. Amma təbii ki, müəyyən izahatlara ehtiyac olacaq”, - deyə Kremlin sözçüsü bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin