“Hakimiyyət aldığı silahları nümayiş etdirməklə dövlət borcunun kəskin artımını izah edə bilməyəcək” - Köçəryan

2026/05/1779882467.jpg
Oxunub: 342     15:47     27 May 2026    
“Bu silahların istifadəsi ciddi problemlər yaradacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan deyib.

O, hakimiyyətin əldə etdiyi silahları nümayiş etdirməklə dövlət borcunun dəfələrlə artmasını əsaslandıra bilməyəcəyini bildirib.

Köçəryan Mehri şəhərində bir sıra KİV-lərə müsahibəsində hərbi paradı izləməyi və alınmış silahların dəyərini hesablamağı təklif edib.

O qeyd edib ki, paraddan sonra nümayiş etdirilən texnikanı şərh edəcək.

“Görəcəksiniz ki, ordunun qarşısında böyük problemlər yaradılır. Qısa videolarda göstərilən silahlar onların istifadəsinin problemli olacağını sübut edir”, - deyə Köçəryan bildirib.

Erməni siyasətçi aydınlaşdırıb ki, söhbət sursat təminatından gedir.

Onun sözlərinə görə, bu silahlar Rusiya analoqları ilə müqayisədə daha bahadır, mərmilər isə 3-4 dəfə baha başa gəlir.

“Amma hətta bu halda da hakimiyyət nəhəng dövlət borcunu izah edə bilmir”, - deyə Ermənistanın ikinci prezidenti vurğulayıb.

Köçəryan paradın daha çox təbliğat xarakteri daşıdığını bildirib.

“Əldə etdiyim məlumata görə, ordu müdafiə strukturuna çevrilib. Əsgər çatışmazlığı var, insanlar həftələrlə ön xətdə qalır, mühafizə rejimində xidmət edir və ciddi hazırlıq keçmək üçün vaxt tapmırlar”, - deyə o qeyd edib.

Köçəryan əlavə edib ki, Ukrayna müharibəsi müasir müharibənin yeni tələblərini ortaya qoyub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin