Köçəryan Paşinyana seçkilərdə məğlub olacağı halda qanunsuz addımlara əl atmamağı tövsiyə edib: “Bu, inqilabla nəticələnə bilər”

2026/05/1779882380.jpg
Oxunub: 358     15:42     27 May 2026    
“Cəmiyyət gərgindir, emosiyalar alovlanıb, müxtəlif siyasi qüvvələrin elektoratı səfərbər olunub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan deyib.

Köçəryan Nikol Paşinyanın seçkilərdə məğlub olacağı halda nəticələri ləğv edib yeni seçkilər keçirəcəyinə inanmadığını bildirib.

Erməni siyasətçi Mehri şəhərində bir sıra KİV nümayəndələrinə verdiyi müsahibədə qeyd edib ki, belə addımlar inqilabi nəticələrə səbəb ola bilər.

“Belə vəziyyətlərdə bu cür qanunsuzluqlara getmək çox risklidir. O, özünə ayı xidməti etmiş olar. Mən belə bir addım atmağı məsləhət görmürəm”, - deyə Köçəryan vurğulayıb.

Köçəryan hesab edir ki, hakim qüvvənin məğlub olacağı təqdirdə Azərbaycanla müharibənin başlanacağı ilə bağlı Nikol Paşinyanın səsləndirdiyi fikirlər şantaj xarakteri daşıyır.

Onun sözlərinə görə, bunun arxasında heç nə yoxdur və bu, sadəcə Paşinyanın yenidən seçilmək ehtirasıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin