Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu dəfə kreditin həcmi 170,3 milyon avro, yəni təxminən 200 milyon dollar təşkil edəcək.
Müvafiq saziş layihəsi Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında təsdiqlənib.
Qeyd olunub ki, kredit vəsaiti hökumət tərəfindən hazırlanmış struktur islahatlarına yönəldiləcək. Oxşar praktika beynəlxalq maliyyə təşkilatlarından büdcə kreditləri alınarkən də tətbiq edilir.
Xüsusilə iqtisadi rəqabət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və investorlara geniş hüquqi təminatlar nəzərdə tutan “İnvestisiyalar haqqında” qanunun yeni redaksiyasının qəbul edilməsi planlaşdırılır.
Bildirilir ki, bundan başqa, Ermənistanın İqtisadi Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Komissiyasının səlahiyyətləri genişləndiriləcək. Bu, qiymət sövdələşmələri və digər antiinhisar fəaliyyətlərinin qarşısının alınmasına yönələcək.
İslahatların ayrıca istiqamətlərindən biri də “yaşıl” iqtisadiyyat sahəsində hüquqi bazanın inkişafı olacaq. Belə ki, biznes strukturları üçün istixana qazı emissiyaları üzrə kvotaların müəyyənləşdirilməsi nəzərdə tutulur.
Alpər Mövludoğlu
Ordu.az