Ermənistanda 8 nəfər seçki rüşvəti işi üzrə saxlanılıb

2026/04/1775489688.jpg
Oxunub: 356     13:08     27 May 2026    
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvəti vermək və almaq faktları üzrə 8 nəfərə qarşı cinayət təqibi başladıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, seçki rüşvəti vermə və alma halları ilə bağlı başladılmış cinayət işi çərçivəsində 8 nəfər barəsində cinayət təqibi başlanıb və hazırda prosessual hərəkətlər davam etdirilir.

“Zərurət yaranarsa əlavə məlumat veriləcək”, - deyə komitədən bildirilib.

Daha əvvəl Ermənistan KİV-ləri yazmışdı ki, hüquq-mühafizə orqanları bu gün “Güclü Ermənistan” blokunun Ağrı vilayətindəki ofisində axtarış aparıblar və saxlanılan şəxslər var.

Erməni vəkil Tiqran Hayrapetyan bildirib ki, mayın 27-si səhər saat 07:00 radələrində “Güclü Ermənistan” partiyasının 8 tərəfdarı saxlanılıb və Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

“Lakin vəkillərin prosesə qoşulmasına imkan verilməyib, onlar dindirmələrdə iştirak edə bilmirlər və fəaliyyətlərinə maneələr yaradılır”, - deyə erməni vəkil qeyd edib.

Bu məsələ ilə bağlı Tiqran Hayrapetyan cinayət barədə müraciət təqdim etdiyini, lakin hələlik heç bir cavab verilmədiyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Həbs  


Bizi "telegram"da izləyin