Putin KTMT ölkələrini fəaliyyətlərini koordinasiya etməyə çağırıb

2026/05/1778345919.jpg
Oxunub: 410     16:01     26 May 2026    
Rusiya prezidenti Vladimir Putin KTMT çərçivəsində yanaşmaların vahidliyinin qorunmasının və fəaliyyət koordinasiyasının gücləndirilməsinin vacibliyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə onun təşkilatın Təhlükəsizlik Şuraları katibləri komitəsinin iclası iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

Putin bildirib ki, mövcud geosiyasi vəziyyət qeyri-sabit olaraq qalır və buna görə KTMT-yə üzv dövlətlərin təşkilatın analitik potensialını gücləndirməsi vacibdir.

Rusiya prezidenti vurğulayıb ki, üzv ölkələr ortaya çıxan çağırışlara birgə şəkildə cavab verməlidirlər.

Putin, həmçinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarlarının vaxtında yenilənməsinin zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, bu xüsusilə hərbi əməkdaşlıq, informasiya və bioloji təhlükəsizlik, həmçinin terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizə sahələrinə aiddir.

Rusiya prezidenti böhran vəziyyətlərinə reaksiya sisteminin inkişaf etdirilməsinin, KTMT Kollektiv Qüvvələrinin idarəetmə mexanizminin təkmilləşdirilməsinin və üzv ölkələr arasında sənaye, elmi-texniki əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb.

Putin xatırladıb ki, Rusiya 2026-cı ildə təşkilata “Çoxqütblü dünyada kollektiv təhlükəsizlik: vahid məqsəd, ümumi məsuliyyət” şüarı ilə sədrlik edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   KTMT  


Bizi "telegram"da izləyin