SEPAH İsrail qoşunları Livandan çıxmadan sabitliyin mümkün olmadığını bildirib

2026/06/1780388323.jpg
Oxunub: 213     20:37     04 İyun 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İsrail qüvvələri Livanın işğal olunmuş ərazilərindən çıxarılmadan bölgədə davamlı sabitlik mümkün deyil.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Livan ətrafında baş verən son hadisələr fonunda yayılan bəyanatda qeyd olunub ki, ölkə əvvəlki kimi İsrail tərəfindən “amansız hücumlara” məruz qalır.

SEPAH hesab edir ki, beynəlxalq qınaqlar və diplomatik təzyiqlər İsrail rəhbərliyinin davranışına təsir göstərmir.

Bəyanatda ABŞ da tənqid olunaraq zorakılığın dayandırılmasına gətirib çıxarmayan təşəbbüsləri dəstəkləməkdə ittiham edilib.

SEPAH vurğulayıb ki, İsrail ordusu hərbi uğursuzluqları yaşayış məhəllələri, xəstəxanalar və məktəblər də daxil olmaqla mülki infrastruktura endirilən zərbələrlə kompensasiya etməyə çalışır.

Bəyanatda İsrail ABŞ və bəzi Avropa ölkələrinin dəstəyi ilə fəaliyyət göstərən rejim kimi xarakterizə olunub. Bəyanatda həmçinin qeyd edilir ki, Livan xalqı hərbi təzyiqin nəticələrini rəsmiləşdirən sazişlərin ona qəbul etdirilməsinə imkan verməyəcək.

SEPAH-ın fikrincə, istənilən atəşkəs razılaşmasının əsas şərtləri hücumların dayandırılması, İsrail qüvvələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənara çıxarılması və Livanın ərazi bütövlüyünün tanınması olmalıdır. SEPAH Livana dəstəyini ifadə edərək onu “bölgə xalqlarının şərəf simvolu” adlandırıb.

Qurum vurğulayıb ki, bu şərtlər yerinə yetirilmədən regionda davamlı sabitlik mümkün deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İsrail   Livan  


Bizi "telegram"da izləyin