Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Tevanyan dövlətə xəyanət və casusluq maddələri ilə ittiham olunur. O, ittihamları qəbul etmir.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 20-də seçkiqabağı kampaniya zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Andranik Tevanyanla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanması üçün materialları İstintaq Komitəsinə göndərəcəyini açıqlamışdı.
Tevanyan buna cavab olaraq Paşinyanın özü haqqında “dövlətə xəyanət edən şəxs” ifadəsini işlətmiş və gələcəkdə əməllərinə görə cavab verməli olacağını bildirmişdi. Bir gün sonra isə Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi başlanmışdı.
Alpər Mövludoğlu
Ordu.az