Gürcüstanda DTX-nin əməkdaşının meyiti avtomobildə aşkarlanıb

2025/09/1757424455.jpg
Oxunub: 325     18:29     23 May 2026    
Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşı avtomobilində ölü tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Gruzia Online” nəşri ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Xaşuri şəhərinin Tabidze küçəsində qeydə alınıb.

Bildirilir ki, agentlik əməkdaşı ona məxsus odlu silahdan aldığı xəsarət nəticəsində həyatını itirib.

Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Şida Kartli və Msxeta-Mtianeti rayon prokurorluğunun istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə (özünü intihara çatdırma) araşdırma başlanılıb.

Qurum qeyd edib ki, hazırda müvafiq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

Daha sonra Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti də hadisə ilə bağlı bəyanat yayıb.

Qurum Antikorrupsiya Agentliyinin peşəkar əməkdaşının ölümü ilə əlaqədar dərin hüzn hissi keçirdiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

“Onun ölümü xidmətimiz üçün böyük faciə və itkidir”, - deyə bəyanatda vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   DTX  


Bizi "telegram"da izləyin