Çinin gizli raket imperiyası: Si Cinpinin proqramı onlarla şirkəti milyardlarla gəlir sahibi edir

2026/05/1778692481.jpg
Oxunub: 490     21:06     13 May 2026    
Çin raket istehsalını Si Cinpinin hakimiyyəti dövründə görünməmiş sürətlə artırır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bloomberg”in geniş araşdırmasına görə, Pekin 2025-ci ildə gizli raket proqramının inkişafını əhəmiyyətli dərəcədə sürətləndirərək onu milli strategiyanın əsas sütunlarından birinə və onlarla şirkət üçün nəhəng gəlir mənbəyinə çevirib.

Korporativ hesabatların təhlili raket sənayesi üçün kritik əhəmiyyət daşıyan komponentlərin istehsalı ilə əlaqəli Çin ictimai şirkətlərinin sayının 81-ə çatdığını göstərib.

Bu rəqəm Si Cinpinin hakimiyyətə gəldiyi 2013-cü illə müqayisədə iki dəfədən çoxdur. Şirkətlərin təxminən 40%-i Çin iqtisadiyyatındakı ümumi yavaşlamaya baxmayaraq son illərin rekord gəlirlərini açıqlayıb.

Çinin raket təchizat zəncirində iştirak edən şirkətlərin ümumi satış həcmi 189 milyard yuan (təxminən 28 milyard ABŞ dolları) təşkil edib ki, bu da ötən illə müqayisədə 20% çoxdur. Xüsusilə ballistik və qanadlı raketlər üçün komponent istehsal edən müəssisələr sürətlə böyüyür. Buraya infraqırmızı sensorlar, fiper-optik istiqamətləndirmə sistemləri, “stealth” örtüklər və yüksək dəqiqlikli hesablama komponentləri daxildir.

Məlumata görə, Çin yalnız hərbi sənaye deyil, tammiqyaslı strateji müharibə iqtisadiyyatı formalaşdırır. Burada raketlər həm müdafiə vasitəsi, həm də qlobal siyasi təsir alətinə çevrilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Raket  


Bizi "telegram"da izləyin