Ordu.az xəbər verir ki, sərgidə TSKGV tərkibindəki ASELSAN, TUSAŞ, ROKETSAN və HAVELSAN-ın tekstildən aksessuara qədər müxtəlif lisenziyalı məhsullarını əhatə edən “Vakıf Mağaza” fəaliyyətə başlayıb.
TSKGV-nin mövzu ilə bağlı açıqlamasında qeyd edilib: “Vakıf Mağaza” SAHA 2026 boyunca minlərlə ziyarətçi qəbul etdi! Sərgi müddətində maketlərdən tekstil məhsullarına, pilot gödəkçələrindən müxtəlif aksessuarlara qədər uzanan onlarla lisenziyalı məhsulumuz ziyarətçilərimizlə görüşdü. “Vakıf Mağaza”ya göstərilən böyük maraq və ziyarətçilərimizdən aldığımız müsbət rəylər müdafiə sənayemizə aid dəyərləri fərqli sahələrdə görünən etməyə yönəlmiş fəaliyyətlərimiz baxımından bizim üçün böyük məna daşıdı. “Vakıf Mağaza”mızı ziyarət edən bütün qonaqlarımıza təşəkkür edir, müdafiə sənayemizə aid dəyərləri daha geniş auditoriyalarla paylaşmağa davam edirik”.
“Vakıf Mağaza” əldə olunan bütün gəlirlə Türkiyə ordusunun güclənməsinə töhfə verəcək.
Sevinc Əliyeva
Ordu.az