İran ABŞ-ni hədələdi: Körfəzi dəniz piyadalarının ən böyük məzarlığına çevirəcəyik

2026/04/1776443491.jpg
Oxunub: 459     19:28     13 May 2026    
İranda regiondakı ABŞ hərbi bazalarının 70 faizinin məhv edildiyi açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin mədəni və psixoloji əməliyyatlar idarəsinin rəis müavini Səid Siyahsorani ABŞ və Prezident Donald Trampa birbaşa xəbərdarlıq edib.

“Əgər ABŞ və şəxsən Tramp hansısa axmaqlıq etmək istəsə, biz Fars körfəzini ABŞ dəniz piyadalarının ən böyük mavi məzarlığına çevirəcəyik”, - deyə o bildirib.

Siyahsorani vurğulayıb ki, Hörmüz boğazı artıq “İslamın şərəf boğazına” çevrilib.

O qeyd edib ki, İran hələ ABŞ-yə qarşı dənizdə birbaşa müharibəyə başlamasa da, “ağıllı blokada” rejimi artıq tətbiq olunur və düşmənə qarşı assimetrik müharibə davam edir.

İran rəsmisi regiondakı ABŞ hərbi bazalarının 70 faizinin, o cümlədən “Arifjan”, “Əl-Udeyd”, “Şeyx-İsa” və “Əli-Əl-Salem” bazalarının yerlə-yeksan edildiyini iddia edib.

Siyahsorani əlavə edib ki, əvvəllər Hörmüz boğazından gündəlik 20 milyon barel neft, dünya qazının beşdə biri, dünya neftinin dörddə biri və kənd təsərrüfatı gübrələrinin 80 faizi daşınırdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin