Ordu.az xəbər verir ki, bu məlumat Livan Səhiyyə Nazirliyinin yaydığı hesabatda yer alıb.
Daha əvvəl dörd nəfərin öldüyü bildirilmişdi.
“Livan paytaxtından cənub istiqamətində yerləşən Barja, Ciyə və Saadiyə şəhərlərində üç avtomobilə zərbələr endirilib. Ölən 8 nəfər arasında iki uşaq da var”, - deyə məlumatda qeyd olunub.
Cənubi Livanda günün ilk yarısında pilotsuz uçuş aparatları Maaliya, Ras ən-Naqura və Şueytiya yaşayış məntəqələrində avtomobillərə raket zərbələri endirib.
Yerli hakimiyyət orqanları ölən və yaralananların olduğunu bildirib. Onların dəqiq sayı hazırda dəqiqləşdirilir.
İlkin məlumatlara görə, İsrail pilotsuz uçuş aparatlarının hədəfində cənubdakı şiddətli döyüş zonasına gedən “Hizbullah” şiə qruplaşmasının silahlıları olub. Əməliyyat nəticəsində qruplaşma üzvlərinin zərərsizləşdirildiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az