Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ərəb rəsmilərinə və vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, səfərlərin məqsədi iki ölkə arasında hərbi və müdafiə əməliyyatlarının koordinasiyası olub.
Məlumata əsasən, Barnea son aylarda - mart və aprel aylarında ən azı iki dəfə İranla müharibə ilə bağlı strateji və əməliyyat koordinasiyası məqsədilə Əbu-Dabiyə gəlib.
Bundan əvvəl İsrailin BƏƏ-də “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi, həmçinin ora onlarla hərbçi və operator göndərdiyi barədə məlumatlar yayılmışdı.
Bu sistemlərin Fars körfəzi ölkəsini İranın raket və pilotsuz uçuş aparatı hücumlarından qorumaq üçün nəzərdə tutulduğu bildirilib.
Məlumatlara görə, Əmirliklər həm 2026-cı il aprelin 8-də əldə olunan atəşkəsdən əvvəl, həm də ondan sonra İrana qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak edib.
Bəzi məlumatlarda qeyd olunur ki, BƏƏ tərəfindən həyata keçirilən cavab addımlarından ən azı biri İsrail qüvvələri ilə birbaşa əməkdaşlıq şəraitində icra olunub.
Eyni zamanda “Reuters” martın sonunda Səudiyyə Ərəbistanının İrana qarşı həyata keçirdiyi bir sıra gizli aviazərbələr barədə məlumat yayıb.
Həm Qərb, həm də İran tərəfi həmin zərbələri “cavab əməliyyatları” kimi qiymətləndirir. Bildirilir ki, krallığın hərbi hava qüvvələri bu addımlarla öz ərazisinə edilən hücumlara reaksiya verib.
Sevinc Əliyeva
Ordu.az