"Bloomberg": Qətər Hörmüz boğazı vasitəsilə MTQ ixracını bərpa edib

2026/03/1773298624.jpg
Oxunub: 396     12:12     10 May 2026    
Qətər İranla müharibənin başlanmasından bəri ilk dəfə Hörmüz boğazından mayeləşdirilmiş təbii qaz (MTQ) daşıyan tankeri keçirə bilib. Bu, regiondan tədarüklərin tədricən bərpa olunduğu mənasına gələ bilər.

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Gəmilərin izlənməsi mərkəzinin məlumatına görə, Qətərin "Al Kharaitiyat" MTQ tankeri artıq Hörmüz boğazını tərk edib və Pakistana doğru hərəkət edir, hazırda Oman körfəzindədir.

Tankerin Tehran tərəfindən razılaşdırılmış İran sahilləri boyu şimal marşrutu ilə keçdiyi ehtimal olunur.

"Equasis" məlumat bazasına əsasən, "Al Kharaitiyat" tankeri Qətərin "Nakilat" şirkətinə məxsusdur. "Nakilat" və "QatarEnergy" hələ ki vəziyyəti şərh etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Hörmüz  


Bizi "telegram"da izləyin