ABŞ-nin NATO üzrə Avropadakı müttəfiqləri Amerika qoşunlarının daha da azaldılacağını proqnozlaşdırır

2024/07/1720786676.jpg
Oxunub: 430     22:33     09 May 2026    
ABŞ-nin Avropadakı müttəfiqləri Prezident Donald Trampın qitədən əlavə qoşun çıxaracağını gözləyirlər.

Ordu.az xəbər verir ki, “Bloomberg” agentliyi məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Almaniyadan 5 min hərbçini çıxaracağını açıqladıqdan sonra NATO ölkələrinin yüksəkvəzifəli diplomatları qoşunların daha da azaldılacağını, o cümlədən İtaliyadan da qüvvələrin çıxarıla biləcəyini proqnozlaşdırırlar.

Bundan əlavə, ABŞ prezidentinin Co Baydenin prezidentliyi dövründə hazırlanmış Almaniyada uzaqmənzilli raketlərin yerləşdirilməsi planından imtina edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Avropa  


Bizi "telegram"da izləyin