Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Dünya Bankının Misir, Yəmən və Cibutidə fəaliyyət göstərən bölməsinin direktoru Stefan Gimbert bildirib ki, bu vəsait ölkəyə İran əleyhinə ABŞ-İsrail müharibəsinin yaratdığı iqtisadi çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Dünya Bankının ayırdığı 800 milyon dollar və Böyük Britaniyanın 200 milyon dollarlıq zəmanətindən ibarət paket özəl sektorda iş yerlərinin yaradılmasına, makroiqtisadi sabitliyə və “yaşıl iqtisadiyyat”a keçidə dəstək verməyə yönəlib.
“Bankın idarə heyəti bunu cümə günü təsdiqləyib. Regiondakı qeyri-müəyyənlik və Misirin, eləcə də digər ölkələrin İrandakı müharibə səbəbindən üzləşdiyi sarsıntı səbəbindən bankın payı 500 milyon dollara qədər artırılıb”, - deyə o bildirib.
Gimbertin sözlərinə görə, maliyyələşdirmə kommersiya bazarlarında əlçatmaz olan şərtlərlə, yəni illik 6 faiz faiz dərəcəsi, 30 illik geri ödəmə müddəti və ödənişlər başlamazdan əvvəl güzəşt dövrü ilə təqdim edilir.
Bu müqavilə üç hissədən ibarət proqram çərçivəsində ikinci mərhələ hesab olunur. Birinci mərhələ 2024-cü ilin iyununda təsdiqlənib, üçüncü mərhələnin isə gələn il həyata keçirilməsi nəzərdə tutulur.
Asiya İnfrastruktur İnvestisiya Bankı da daxil olmaqla digər kreditorların əlavə birgə maliyyələşdirmə təqdim edəcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az