EHSİM radioelektron mübarizə qalxanı JINN və SİS ilə SAHA 2026-da yer alıb - VİDEO
Oxunub: 714
18:50
09 May 2026
Türkiyənin strateji qurumu olan “Elektronik Harp Sistemleri Mühendislik AŞ” (EHSİM) sərgidə hava vasitələri üçün radioelektron mübarizə qalxanı kimi hazırladığı yerli JINN və SİS məhsullarını SAHA 2026-da nümayiş etdirib.
Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi İstanbul Sərgi Mərkəzində davam edir.
“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu sərgidə radioelektron mübarizə texnologiyaları sahəsində fəaliyyət göstərən Türkiyənin strateji qurumu EHSİM hava vasitələri üçün radioelektron mübarizə qalxanı kimi hazırladığı yerli JINN və SİS məhsulları ilə diqqət çəkir. JINN platformaya inteqrasiya olunmuş qarışdırma həlli təqdim etdiyi halda, SİS hədəfləri saxta hədəf kimi göstərərək düşməni çaşdırır.
TÜBİTAK SAGE ilə güc birliyi
EHSİM-in baş direktoru Fatih Say “Anadolu” Agentliyinə açıqlamasında şirkətin yeni nəsil radioelektron mübarizə həlləri və SAHA 2026 çərçivəsindəki təmasları barədə qiymətləndirmələr edib.
May ayında TÜBİTAK SAGE ilə kritik əməkdaşlıq protokolu imzaladıqlarını xatırladan Say Hərbi Hava Qüvvələri üçün kritik raket texnologiyaları hazırlayan SAGE ilə EHSİM-in 28 illik radioelektron mübarizə təcrübəsini bir araya gətirdiklərini bildirib.
Say deyib: “Əslində birlikdə güc birliyinə gedərək əməliyyat sahəsində Hərbi Hava Qüvvələrimizi necə bir addım daha önə çıxara biləcəyimiz mövzusunda əməkdaşlığa başladıq”.
Təyyarələrə yönəlmiş təhdidlərin radarlar tərəfindən aşkarlanması ilə başladığını qeyd edən Say bunları bildirib:
“SAGE-nin hazırladığı sistemlərə sərf edilə bilən, aşağı xərcli radioelektron mübarizə həlli inteqrasiya edərək öncədən bu sistemlərin düşmən radarlarını təsirsiz hala gətirməsini hədəfləyirik. Amma radioelektron mübarizə təhdidlərindən, yəni hər hansı bir “hard kill”dən (fiziki məhvetmə) danışmırıq. Radioelektron mübarizə təhdidləri ilə onların yorulmasını, çaşdırılmasını, havada saxta hədəflər göstərilərək bir növ onlarla məşğul olunmasını təmin edib hava məkanını təyyarələrimiz üçün təhlükəsiz hala gətirəcək həll üzərində birlikdə çalışacağıq”.
Sızma əməliyyatlarında JINN, raketə qarşı isə SİS fəaliyyətdədir
SAHA 2026-da nümayiş etdirilən EHSİM-in yerli məhsulları olan JINN və SİS-in sahədə oyun dəyişdirən xüsusiyyətlərinə toxunan Say, JINN sisteminin TÜBİTAK SAGE ilə həyata keçirilən layihəyə bənzər məqsədə xidmət etdiyini bildirib.
Say JINN vasitəsilə ön birliklərin və xüsusi təyinatlı qüvvələrin sızma əməliyyatlarında pilotsuz uçuş aparatlarından istifadə edərək yaxın məsafədən radarları təsirsiz hala gətirməyi və hava hücumundan müdafiə operatorlarını eyni anda çoxsaylı təhdidlərlə məşğul edərək doyuma çatdırmağı nəzərdə tutduqlarını açıqlayıb.
SİS sisteminin isə tamamilə fərqli funksiyaya malik olduğuna diqqət çəkən Say sözlərini belə davam etdirib:
“Heç bir üsul yüz faiz effektiv deyil. Mütləq bəzi sahələrdə zəifliklər və ya məğlub edə bilmədiyiniz radar həlləri olur. Biz həmin sistemlərlə aşa bilmədiyimiz nöqtədə hələ də təyyarəmizə təhdid mövcud olduqda və yerdən hava hücumundan müdafiə raketi buraxıldıqda burada SİS fəaliyyətə keçir. Bu dəfə həqiqətən həmin raketi məşğul edirik. Ona saxta hədəf göstərərək yenə də bizim təyyarəmizə deyil, başqa istiqamətə yönləndirməyə çalışırıq. Yəni ilk mərhələdə görünməməyə çalışırıq. Tutaq ki, göründük, bu dəfə bizi görəndən əvvəl addım ataraq onu təsirsiz hala gətirməyə çalışırıq. Bu mənada bütöv həll ilə sahədəyik deyə bilərik”.
Radioelektron mübarizədə “idrak zəka” dövrü
Fatih Say bildirib ki, bu gün müharibə konsepsiyaları texnologiya və avtonom sistemlər üzərindən formalaşır və sensorlara əsaslanan bu sistemlərin aldadılması, işləməz vəziyyətə gətirilməsi radioelektron mübarizə ilə mümkündür.
Bu sahədə sistemlər və əks tədbirlər arasında davamlı rəqabətin yaşandığını vurğulayan Say bildirib: “Ən çox texnologiyadan, ən bilinməyəndən, ən mürəkkəb riyaziyyatdan istifadə edən və son dövrlərdə süni zəkanın da bir addım önünə keçərək həqiqətən düşünə bilən, cavab verən deyil, düşünə bilən idrak zəkalı sistemlərə doğru irəliləməliyik. Bu mənada radioelektron mübarizə mühəndisliyin ən dərin sahələrindən biridir. İnsan zəkasının da önünə keçərək yeni texnikalar hazırlamaq lazımdır”.
Radioelektron mübarizədə məhdud kəşfiyyat məlumatları ilə fəaliyyət göstərildiyi üçün böyük verilərə ehtiyac duyan klassik süni zəkadan fərqli yanaşmaya ehtiyac olduğunu bildirən Say vurğulayıb: “Gündəlik həyatda istifadə etdiyimiz süni zəkadan tamamilə fərqli sahəyə doğru gedir. Bu mövzuda fəaliyyətlər var. Bizim də fəaliyyətlərimiz mövcuddur. Müdafiə Sənayesi Komitəmizin rəhbərliyi ilə aparılan fəaliyyətlər var. Yaxın zamanda sahədə radioelektron mübarizədə dəstəkləyici element kimi süni zəkanı görəcəyik”.
“SAHA 2026 olduqca məhsuldar keçdi”
Fatih Say SAHA 2026 sərgisinin onlar baxımından son dərəcə məhsuldar və faydalı keçdiyini bildirib: “Bir çox şirkətlə əməkdaşlığımızı necə genişləndirə biləcəyimiz mövzusunda görüşlər aparmaq imkanı əldə etdik. Xarici nümayəndə heyətlərinə məhsulları birbaşa anlatmaq, göstərmək və bəzi məqamlarda təcrübədən keçirmək imkanı təqdim etdik”.