SAHA 2026 çərçivəsində ziyarətə açılan TCG “Anadolu” vətəndaşların böyük marağına səbəb olub - VİDEO

2026/05/1778338110.jpg
Oxunub: 682     18:46     09 May 2026    
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi çərçivəsində vətəndaşların ziyarətinə açılan Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus çoxməqsədli amfibiya gəmisi TCG “Anadolu” böyük maraqla qarşılanıb.

Ordu.az xəbər verir ki, Sarayburnu Limanında lövbər salan gəmini görmək istəyən vətəndaşlar səhər saatlarından etibarən limanın girişində sıxlıq yaradıb.

Ziyarətçilər təhlükəsizlik yoxlamalarından sonra qruplar halında saat 10:00-dan etibarən gəmiyə buraxılmağa başlanıb.

Aralarında uşaqlar, tələbələr və ailələr, həmçinin yerli və xarici turistlərin də olduğu ziyarətçilər Türkiyənin yerli və milli döyüş gəmisi TCG “Anadolu” ilə yaxından tanış olmaq imkanı əldə edib.

Gəmidə nümayiş etdirilən yerli və milli müdafiə sənayesi məhsullarını araşdıraraq xidmət personalından məlumat alan vətəndaşlar gəminin göyərtəsində xatirə şəkilləri də çəkdiriblər.

TCG “Anadolu”nu ziyarət edən və kamera ilə görüntüləyən 10 yaşlı Aras Özay hərbi sahədə çalışan mühəndis olmaq istədiyini bildirib.

Atası Suat Özay isə qeyd edib: “Qürurluyuq. Həmişə maraq edirdik, bu gün qismət oldu. Gördükcə milli hisslərimiz daha da güclənir. Özümüzü daha irəlidə görmək istəyirik”.

İzmitdən gəmini görmək üçün gəldiyini bildirən Nihat Kırca isə bildirib: “Çox şərəfli və qürurluyuq. Belə bir əsəri görmək çox böyük şərəfdir. Allaha şükürlər olsun ki, belə bir əsərimiz var”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   TCG-Anadolu  


Bizi "telegram"da izləyin