Qətər və Misir xarici işlər nazirləri regionda gərginliyin azaldılması səylərini müzakirə ediblər

2026/04/1775483560.jpg
Oxunub: 521     18:17     09 May 2026    
Qətərin xarici işlər naziri və ölkənin baş naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani və Misirin xarici işlər naziri Bədr Əbdülati telefon danışığı zamanı regional hadisələri müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, yüksək rütbəli diplomatların danışıqları ABŞ ilə İran arasında atəşkəsin təmin olunmasına, eləcə də “regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verən gərginliyin azaldılması səylərinə” həsr olunub.

Telefon danışığı zamanı şeyx Məhəmməd “bütün tərəflərin davam edən vasitəçilik səylərinə müsbət reaksiya verməsinin vacibliyini vurğulayıb ki, böhranın əsas səbəblərinin sülh vasitələri və dialoq yolu ilə aradan qaldırılmasına yol açılsın, bu da davamlı razılaşmaya gətirib çıxarsın və gərginliyin yeni dalğasının yüksəlməsinə imkan verməsin”.

Həmsöhbətlər həmçinin iki ölkə arasında əməkdaşlığı və münasibətlərin dəstəklənməsi və möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Misir  


Bizi "telegram"da izləyin