Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi prezident aparatının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıq zamanı Türkiyə və BƏƏ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə bir sıra sahələrdə, xüsusilə ticarət, enerji və təhlükəsizlik sahələrində BƏƏ ilə əməkdaşlığa böyük önəm verir.
Türkiyə lideri regionda İran və ABŞ arasında münaqişə prosesində baş verən hadisələrin ağrılı olduğunu vurğulayaraq, Ankaranın BƏƏ-nin suverenliyinə və təhlükəsizliyinə tam dəstək göstərməyə davam edəcəyini qeyd edib. Prezident Ərdoğan vurulan zərərə görə şəfa diləyib.
“Türkiyə maraqlı ölkələrlə əlaqə saxlayır və ABŞ ilə İran arasında diplomatik həllə nail olmaq üçün səylər göstərir”, - deyə Türkiyə lideri bildirib və əlavə edib ki, regionun təhlükəsizlik tələblərini ödəmək üçün daha fəal dialoq və əməkdaşlıq lazımdır.
Sevinc Əliyeva
Ordu.az