Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, müdafiə xərcləri və miqrasiya siyasəti məsələlərində Avropaya yönəlmiş ABŞ tənqidlərindən sonra yaranan gərginlik Almaniya və digər Avropa ölkələrinin fevralın sonunda başlayan ABŞ və İsrailin İrana qarşı müharibəsini dəstəkləməkdən imtina etməsi ilə daha da artıb.
“Biz həqiqətən də bu alyansı gələcək üçün qorumaq istəyirik”, - deyə Merts İsveçin Baş naziri Ulf Kristersson ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O əlavə edib ki, İsveç və Finlandiya alyansın Avropa əsasını gücləndirib.
“Biz bilirik ki, müəyyən fərqlər var. Bilirik ki, hamımız çətinliklərlə üzləşirik, amma son məqsədimiz bu münaqişəyə son qoymaq və İranın nüvə silahı istehsal edə bilməyəcəyinə təminat verməkdir. Bu məqsəd isə ABŞ ilə Avropanın ortaq məqsədidir”, - deyə Almaniya kansleri vurğulayıb.
Merts bildirib ki, əsas məsələ qoşunların sayı deyil, “məqsədlərin birliyi”dir və ABŞ üçün NATO daxilində güclü Avropa komponentinin mövcudluğu vacibdir.
“Biz əvvəlki kimi ABŞ ordusunun və ABŞ-nin hərbi dəstəyinin yanımızda olmasında maraqlıyıq. Hazırda bizi birləşdirən də məhz budur və biz buna nail olmağa çalışırıq”, - deyə Almaniya kansleri qeyd edib.
Ötən ay Merts İranın ABŞ-ni “alçaltdığını” bəyan etmişdi. Bundan sonra Donald Tramp həmin açıqlamaya sərt reaksiya vermiş, bölgədə yerləşən ABŞ hərbçilərinin sayının 5000 nəfər azaldılması barədə göstəriş vermişdi. Ardınca Tramp “Tomahawk” uzaqmənzilli raketlərinin planlaşdırılmış yerləşdirilməsini də ləğv etmişdi.
Sevinc Əliyeva
Ordu.az