Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Pezeşkian səfəri zamanı ABŞ və İsrailin başlatdığı son müharibə dövründə kompleksə dəyən zərərlə bağlı son hesabatlarla tanış olub.
O, İranın tarixi, mədəni və milli irsinin qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, bu cür obyektlərə hücumlar yalnız fiziki məhvetmə ilə məhdudlaşmır, həm də xalqın kimliyi və yaddaşına yönəlir.
Rəsmilər xüsusilə “Comhuri” binasına dəyən ziyanın miqyası barədə hesabat təqdim ediblər. Həmin binada xarici yüksəksəviyyəli rəsmilərlə yüksək səviyyəli görüşlər, əməkdaşlıq sazişlərinin imzalanması, siyasi və iqtisadi nümayəndə heyətlərinin birgə iclasları, eləcə də prezidentlərin və digər xarici rəsmilərin iştirakı ilə mətbuat konfransları keçirilirdi.
Ölkənin tarixi, mədəni və diplomatik dəyərlərinin qorunması və bərpasının vacibliyini vurğulayan prezident dərhal restavrasiya, yenidənqurma və təmir işlərinə başlanılması barədə göstəriş verib.
Pezeşkian həmçinin İranın mədəni və tarixi obyektlərinə vurulan ziyanın beynəlxalq platformalar və mexanizmlər vasitəsilə sənədləşdirilməsi, qeydiyyata alınması və hüquqi müstəvidə təqib olunmasına çağırıb.
Sevinc Əliyeva
Ordu.az