Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbəti zamanı deyib.
O bildirib ki, keçirilən parlament seçkiləri ən yüksək beynəlxalq standartlara cavab verib və bu, müxtəlif müşahidə missiyaları, eləcə də ayrı-ayrı ölkələrin rəsmilərinin ilkin qiymətləndirmələrində öz əksini tapıb.
“Artıq əminliklə deyə bilərik ki, demokratiya və demokratik seçkilər səhifəsi Ermənistanda tam təsdiqlənib. Saxtalaşdırılan seçkilər, psevdodemokratiya və avtoritarizm dövrü Ermənistanda bağlanıb. Ermənistan vətəndaşlarına, eləcə də “Vətəndaş Müqaviləsi” partiyasına ardıcıl üçüncü dəfə ölkənin idarəçiliyini etibar etdiklərinə görə təşəkkür edirəm. Partiyamız yenidən hökuməti təkbaşına formalaşdıracaq və bundan sonra da Ermənistanın və onun vətəndaşlarının maraqlarına xidmət etməyə davam edəcək”, - deyə Mirzoyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az