Putin Slovakiyanın enerji tələbatını ödəyəcəyinə söz verib

2026/05/1778331266.jpg
Oxunub: 377     16:47     09 May 2026    
“Rusiya Slovakiyanın enerji resursları sahəsindəki ehtiyaclarını ödəmək üçün hər şeyi edəcək”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar zamanı deyib.

“Komersant” nəşrinin məlumatına görə, Putin bildirib ki, Moskva Bratislava ilə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə də əməkdaşlığa hazırdır.

“Biz indicə sizinlə təkbətək görüşmək imkanı əldə etdik və burada da deyə bilərəm ki, enerji resursları sahəsində Slovakiya Respublikasının ehtiyaclarını ödəmək üçün hər şeyi edəcəyik”, - deyə Putin vurğulayıb.

Fitso da Slovakiya ilə Rusiyanın əməkdaşlığının yalnız enerji sahəsi ilə məhdudlaşmamalı olduğu fikri ilə razılaşıb.

“Biz sizdən “Türk Axını”, eləcə də “Drujba” neft kəməri vasitəsilə əhəmiyyətli enerji resursları alırıq. Biz yalnız bu sahədə əməkdaşlıqla məhdudlaşa bilmərik”, - deyə Slovakiyanın Baş naziri görüşün əvvəlində bildirib.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-də Ukrayna ərazisi ilə Avropaya Rusiya qazının tranziti dayandırılıb. Həmin ilin fevralında Slovakiya “Türk Axını” vasitəsilə Rusiya qazı almağa başlayıb. 2026-cı ilin aprelində Slovakiyanın SPNZ şirkəti Rusiyadan qaz alışının həcminin artırılmasını mümkün hesab edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya   Slovakiya  


Bizi "telegram"da izləyin