Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixeil Podolyak “Perveli” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, Ukrayna üçün də vacibdir, çünki Saakaşvili Ukrayna vətəndaşıdır.
“Biz bu günədək cəzaçəkmə müəssisəsində olan Ukrayna vətəndaşını unutmamalıyıq. Söhbət cənab Saakaşvilidən gedir. Biz bütün mövzulara ehtiyatla yanaşmalıyıq. İnformasiya məkanında müəyyən gərginlik var idi, əsasən də gürcü tərəfdən səslənən bir sıra bəyanatları nəzərdə tuturam. Bunun səbəblərini anlayıram, amma dialoq üçün imkan tapmaq, üstəlik, qarşılıqlı hörmət mühitində bunu etmək məqsədəuyğundur.
Biz tərəfdaşlarımızla münasibətlərin dərinləşməsində maraqlıyıq, logistika və mövzu ilə bağlı məsələlər isə artıq əlavə müzakirə predmetidir. Humanitar motivlərdən və tarixi perspektivdən çıxış edərək istəyirik ki, Saakaşvili Ukraynaya qayıtsın, yaxud bəlkə aralıq həll kimi onu neytral ölkəyə köçürmək mümkün olsun ki, orada uzunmüddətli müalicə alsın. Bu, bizim üçün vacibdir, çünki Saakaşvili Ukrayna vətəndaşıdır. Onun həbsdə saxlanılması Gürcüstanın problemi deyil, Rusiya Federasiyasının və şəxsən Putinin problemidir. O, rəqiblərinə qarşı böyük aqressiyası ilə seçilir və onların həyatında çətinliklər yaratmaq üçün fürsət axtarır. Saakaşvili məhz bu problemlə üzləşib.
Gürcüstanın suveren dövlət kimi nüfuzu baxımından vacibdir ki, Saakaşvili cəzaçəkmə müəssisəsini tərk etsin, Ukraynaya qayıtsın və ya üçüncü ölkəyə köçürülsün. O halda Gürcüstan bu problemdən uzaq qalaraq ikitərəfli və çoxtərəfli münasibətlərini davam etdirəcək. Eyni zamanda qeyd etmək istəyirəm ki, Saakaşvilinin azad olunması həm Ukrayna, həm də digər Avropa ölkələri ilə münasibətlərin istiləşməsinə kömək edəcək”, - deyə Podolyak bildirib.
Sevinc Əliyeva
Ordu.az