WSJ: ABŞ və İran arasında danışıqlar gələn həftə İslamabadda bərpa oluna bilər

2026/05/1778314281.jpg
Oxunub: 406     12:13     09 May 2026    
İran və ABŞ vasitəçilərin köməyi ilə 14 maddədən ibarət anlaşma memorandumu üzərində işləyir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mövzuya yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu sənəd müharibənin dayandırılması məqsədi daşıyan bir aylıq danışıqlar üçün əsas olacaq.

Mənbələrin sözlərinə görə, məhz bu məsələlər danışıqların mərkəzində olacaq. Danışıqlar artıq gələn həftə İslamabadda bərpa oluna bilər.

Bundan əlavə, İranın öz nüvə proqramını müzakirə etməyə hazır olduğu, əvvəlki sərt mövqeyini yumşaltdığı qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin