KIZILELMA üçün alt sistem tədarükü müqaviləsi imzalanıb

2026/05/Ekran-1778306851.jpg
Oxunub: 434     09:57     09 May 2026    
Pilotsuz döyüş təyyarəsi alt sistemlərinin tədarükü üçün müqavilə Türkiyə MSK və ASELSAN arasında imzalanıb.

Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi pilotsuz döyüş təyyarəsi sistemlərində daha bir kritik mərhələni geridə qoyub.

Türkiyə MSK tərəfindən 2025-ci il dekabrın 16-da həyata keçirilən Pilotsuz Döyüş Təyyarəsi Alt Sistemlərinin Tədarükü Layihəsi çərçivəsində daha bir kritik müqaviləyə imza atılıb. Keçirilən imza mərasimi ilə layihə daxilində tədarük edilən 9681 hava radiosu, MURAD AESA radarı və TOYGUN EOTS (elektro-optik hədəfləmə sistemi) sistemlərinin Türkiyənin pilotsuz döyüş təyyarəsi KIZILELMA-ya inteqrasiyası rəsmi olaraq qərara bağlanıb.

Həyata keçirilən bu mühüm inteqrasiya layihəsi KIZILELMA-nın əməliyyat müstəqilliyini və effektivliyini ən yüksək səviyyəyə daşımağı hədəfləyir. Tamamilə milli imkanlarla hazırlanmış bu inkişaf etmiş sensor və rabitə qabiliyyətlərinin platformaya daxil edilməsi ilə KIZILELMA daha güclü və müasir tapşırıq arxitekturası ilə səmada yerini alacaq.

MURAD AESA radarı

ASELSAN tərəfindən yerli və milli imkanlarla hazırlanmış MURAD AESA radarı ASELSAN Baş direktoru Ahmet Akyolun 2023-cü ildə rəsmi “X” hesabından etdiyi paylaşım ilə Baykar tərəfindən istehsal edilən AKINCI zərbə tipli pilotsuz uçuş aparatına inteqrasiya edildiyi açıqlanmışdı. Akyol bu barədə etdiyi açıqlamada MURAD adını verdikləri radarın az sayda ölkə tərəfindən hazırlanmış bir sistem olduğunu və pilotsuz uçuş aparatı sistemlərinə qabiliyyət baxımından töhfə verən məhsul olduğunu bildirmişdi.

MURAD AESA radarı çoxsaylı hədəf izləyə bilən, uzun mənzildə hədəfi ayırd edə bilən, dəniz rejimlərindən hərəkətli hədəf izləməyə, SAR/ISAR rejimlərindən ibarət, içində minlərlə elektron komponentin olduğu çox qabaqcıl bir sistemdir. İlk olaraq F-16 döyüş təyyarəsi və AKINCI TİHA üçün hazırlanmış radar sisteminin bu günə qədər bəzi hava vasitələri sistemlərinə inteqrasiyası tamamlanıb.

Bu çərçivədə MURAD 100-A AESA burun radarının 2024-cü ildə F-16 ÖZGÜR təyyarəsinə inteqrasiyası tamamlanıb və uçuş sınaqları həyata keçirilib. MURAD 100-A AESA radarının bəzi inteqrasiya proseslərinin davam etdiyi bilinir, KIZILELMA-dan başqa Milli Döyüş Təyyarəsi KAAN-a da inteqrasiya edilməsi planlaşdırılır.

TOYGUN EOTS (elektro-optik sensor sistemi)

TOYGUN MWIR diapazonunda işləyən 1280×1024 ayırdetmə qabiliyyətli İQ görüntüləmə sistemi və lazer işarələyiciyə malikdir. İQ görüntüləmə sistemində yüksək ayırdetməni dəstəkləmək üçün görüntü yaxşılaşdırma üsulları da mövcuddur. Bunlara kənar-künc yumşaltma, görüntü kəskinləşdirmə, histoqram bərabərləşdirmə, qara-ağ balanslaşdırma, duman, çən və atmosfer təsirlərini aradan qaldırma və ya minimuma endirmə, “supperresolution”, turbulensiya düzəldici və hədəf qiymətləndirmə daxildir.

“Hava-hava” döyüşü, “hava-yer” döyüşü, kəşfiyyat, müşahidə və hədəfləmə kimi tapşırıqlarda istifadə oluna bilən TOYGUN-da 35 kilometrə qədər lazer məsafə ölçümü, avtomatik hədəf aşkarlama, təkli və çoxlu hədəf izləmə, 2 oxlu mexaniki + 2 oxlu optik sabitləşmə kimi xüsusiyyətlər yer alır. TOYGUN ilə eyni zamanda izlənilən hədəflərin koordinatları daxili GPS + ətalətli ölçmə vahidi + xarici ANS vasitəsilə müəyyən edilə bilir.

KIZILELMA-nın TOYGUN ilə davam edən sınaqları “quraşdırılmış EOTS” texnologiyasının dünyada ilk dəfə bir pilotsuz döyüş təyyarəsində tətbiq edilməsi deməkdir. F-16 kimi platformalar hədəfləmə sistemlərini xarici pod kimi daşıdığı halda, “Bayraktar” KIZILELMA-da bu sistemin gövdənin içərisinə gizlədilməsi təyyarənin aşağı radar izi, yəni aşağı radara görünmə qabiliyyəti üçün kritik əhəmiyyət daşıyır. TOYGUN EOTS “Bayraktar” KIZILELMA-nın bu strateji üstünlüyünü qoruyaraq inkişaf etmiş hədəfləmə həyata keçirməsinə imkan verir.

Yalnız F-35 kimi 5-ci nəsil təyyarələrdə var

Gövdənin içərisinə gizlədilmiş bu qabaqcıl elektro-optik hədəfləmə sistemi pilotlu təyyarələrdə yalnız ABŞ istehsalı olan F-35 kimi 5-ci nəsil platformalarda mövcuddur. Bu texnologiyanın Bayraktar KIZILELMA-ya uğurla inteqrasiya edilməsi ilə Türkiyə bu kritik qabiliyyətə sahib dünyadakı üç ölkədən biri olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KIZILELMA   Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin