Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri, diplomat Vardan Hakopyan İrəvanda keçirilən Avropa sammitləri və bu tədbirlər zamanı səsləndirilən bəyanatları şərh edərkən deyib.
Onun sözlərinə görə, Makron bəyan edir ki, Cənubi Qafqaz imperiyalar arasında rəqabət məkanı olmamalıdır, amma elə öz bəyanatı ilə onu döyüş meydanına çevirir.
“Əgər artıq geosiyasi və siyasi məsələlərə keçsək, görürük ki, bu bəyanatlar və addımlarla Ermənistan müəyyən platformaya çevrilir... Burada tez-tez demişik ki, Ermənistan Ukrayna deyil, 50 milyon əhalisi yoxdur, hətta təxminən 10 milyon əhalisi olan Azərbaycan da deyil.
Amma Ermənistan daha çox piyada qüvvə deyil, yardımçı rol oynamalıdır və əsasən bütün bu yeni anti-Rusiya zərbəsinin hazırlanması üçün platforma olmalıdır. Hər halda bu adamın dediyi budur və bunu deməklə bütün dövlətlərin maraqlarına zərbə vurur. Kimsə deyə bilər ki, avropalıların da öz maraqları var. Bəli, onlar öz maraqları naminə Ermənistanı bir çox dövlətlərin güc mərkəzlərinin qarşıdurma meydanına çevirirlər. Onlar öz maraqlarını güdürlər”, - deyə o qeyd edib.
Hakopyan bildirib ki, bu gün həmin maraqların təqibi qarşıdurmaların və ziddiyyətlərin toqquşma mərkəzinə çevrilir, çünki bu, Ukraynada olduğu kimi hərbi mərhələyə keçə bilər.
“Yəni əgər sən Cənubi Qafqazı Rusiyaya qarşı ayağa qaldırırsansa, sonra isə Şimali Qafqazı, daha sonra Mərkəzi Asiyanı işə salırsansa, bu, müharibə səbəbi, yəni “casus belli”dir və ruslar bu dəfə bəlkə də 8 il səbir etməyəcəklər”, - deyə o vurğulayıb.
Erməni diplomat İrəvanda Fransa prezidenti Emmanuel Makronun mübahisəli bəyanatları ilə bağlı həm Ermənistan-Fransa, həm də Ermənistan-Avropa İttifaqı və ya Ermənistan-Avropa əlaqələrindən danışarkən vurğulayıb ki, ilk növbədə məsələnin geosiyasi və sivilizasiya tərəflərini ayırmaq lazımdır.
Hakopyan Makronun və digər liberal-qlobalistlərin “2018-ci ilə qədər Ermənistan Rusiyanın peyki idi” kimi ifadələrindən və onun səsləndirdiyi “iyrənc yarımhəqiqətlərdən” narahat olduğunu bildirib.
“Əsas məsələ ondan ibarətdir ki, indi söhbət həmin Avropadan yox, bürokratik təşkilat kimi Avropa İttifaqından gedir və burada rəhbərlər mahiyyət etibarilə Avropa xalqları tərəfindən seçilməyiblər. Bu neoqlobalistlər Avropa İttifaqında rəhbər mövqeləri ələ keçiriblər. Siz təsəvvür edirsinizmi ki, hansısa fon der Lyayen və ya Kaya Kallas Mitterana, yaxud Marqaret Tetçerə və ya İtaliya rəhbərlərinə göstəriş versin?”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az